İndi də Finlandiya ilə sərhəddə... "səyyar voenkomat”!

Finlandiya ilə sərhəddə Torfyanovka keçid məntəqəsində səyyar hərbi komissarlıq yaradılıbı.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Fontanka SPB Online Telegram” kanalı xəbər verir.

Belə görünür ki, ruslar “fərarilər”in qabağını ala bilməyəcək. Maraqlıdır ki, ruslar Rusiyadan qaçmaq üçün ölkə sərhədində gündə bir “dəlik” tapırlar.

Qeyd edək ki, bu barədə heç bir rus saytının əməkdaşı yox, sadəcə olaraq Sankt-Peterburq sakini Aleksey bildirir. O, hətta "səyyar voenkomat”ın şəklini də çəkə bilib.

Yeri gəlmişkən, Gürcüstanla sərhəddə yerləşən “Yuxarı Lars” keçid məntəqəsində daha əvvəl “hərbi komissarlıq” yazısı olan qara rəngli mikroavtobus saxlanılıb.

Bu arada Şimali Osetiya rəhbəri Sergey Menyailo “Yuxarı Lar”s keçid məntəqəsində insanların gediş-gəlişin olub-olmaması barədə məlumat vermək üçün səfərbərlik məntəqəsi yaradıldığını etiraf edib.

Onun sözlərinə görə, hərbi komissarlığın nümayəndələri hərbi xidmətə çağırılmalı olan Şimali Osetiya sakinlərinə çağırış vərəqələri verirlər.

Maraqlıdır, bəs onda “hərbi komissarlığ”ı niyə gətirib məhz sərhəddə yerləşdiriblər?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə