ABŞ amerikalıları Rusiyanı dərhal tərk etməyə çağırır

ABŞ-ın Moskvadakı səfirliyi öz ölkəsinin vətəndaşlarına müraciət edərək Rusiyanı dərhal tərk etməyə çağırıb. SİA xəbər verir ki, bu barədə səfirliyin saytında məlumat dərc edilib.

"ABŞ vətəndaşları Rusiyaya səyahət etməkdən çəkinməlidirlər və hazırda Rusiyada yaşayan və ya hazırda səyahət edənlər şəxsi səyahət üçün məhdud imkanlar qaldığı halda, dərhal ölkəni tərk etməlidirlər", - səfirliyin bəyanatında deyilir.

Səfirlik bu tələbi Rusiyada qismən səfərbərlik elan edilməsi ilə izah edib. Birləşmiş Ştatlar bununla əlaqədar ikili vətəndaşlığı olan şəxslərin hərbi xidmətə çağırılmasının mümkün olduğunu etiraf edib.

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken Rusiyada qismən səfərbərliyə münasibət bildirib. Onun sözlərinə görə, Vaşinqton “ardıcıl və əhəmiyyətli müdafiə yardımı” göstərib və “Ukrayna və onun xalqı ilə bir yerdə olmaqda” davam edəcək.

Rusiya prezidenti Vladimir Putin sentyabrın 21-də ölkədə qismən səfərbərlik elan edib. Dövlət başçısı hərbi xidmətə çağırılanların bölmələrə göndərilməzdən əvvəl mütləq əlavə hərbi hazırlıq keçəcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə