Sentyabrın 23-də başlayan referendumlar başa çatıb - NƏTİCƏLƏR BƏLLİ OLDU

Sentyabrın 23-də başlayan referendumlar başa çatıb - NƏTİCƏLƏR BƏLLİ OLDU

Rusiyanın nəzarətində olan Donbas, Xerson və Zaporojya vilayətlərində Rusiyanın tərkibinə daxil olmaq üçün sentyabrın 23-də başlayan referendumlar başa çatıb. SİA xəbər verir ki, seçki komissiyalarının qeyri-müəyyən məlumatlarına görə, qondarma Luqansk Xalq Respublikası referendumunda səslərin 100 faizi hesablanıb. Seçicilərin 98,42 faizi Rusiyaya birləşməyə səs verib.

Bildirilib ki, qondarma Donetsk Xalq Respublikası referendumunda səslərin 56,85 faizi hesablanıb və onların 94,75 faizi Rusiyaya birləşməyə səs verib.

Rusiya ordusunun nəzarətində olan Xerson vilayətində keçirilən referendumda bütün səslər hesablanıb. Referendumda iştirak edənlərin 87,05 faizi Rusiyanın tərkibinə daxil olmağın lehinə səs verib. Zaporojye vilayətində keçirilən referendumda bütün səslərin sayıldığı və seçicilərin 93,11 faizinin Rusiyaya birləşməyə səs verdiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə