Dünya Bankı Çinin artım proqnozlarını azaldır

Dünya Bankı Çinin artım proqnozlarını azaldır

Dünya Bankı bu il Çin iqtisadiyyatı üçün artım proqnozunu 4,3 faizdən 2,8 faizə endirib. SİA xəbər verir ki, Dünya Bankı Şərqi Asiya və Sakit Okean regionunun iqtisadiyyatlarına dair hesabatının oktyabr buraxılışını “Bərpa üçün islahatlar” başlığı ilə dərc edib. Hesabatda, Şərqi Asiya və Sakit Okean bölgəsindəki inkişaf etməkdə olan iqtisadiyyatların əksəriyyətində artımın bu il Covid-19 epidemiyasının təsirindən zərərsiz çıxdığı bildirilsə də, artım tempini davam etdirən Çində sürətini itirdiyi qeyd edilib.

Hesabatda, Çin istisna olmaqla, inkişaf etməkdə olan Şərqi Asiya və Sakit Okean iqtisadiyyatlarında keçən il yüzdə 2,6 olan artımın bu il yüzdə 5,3-ə yüksəlməsinin gözləndiyi bildirilib. Dünya Bankı əvvəllər Çin istisna olmaqla, Şərqi Asiya və Sakit Okean ölkələrinin iqtisadiyyatının bu il 4,8 faiz artacağını proqnozlaşdırmışdı. Bankın hesabatında deyilir ki, Çin də daxil olmaqla Şərqi Asiya və Sakit Okean ölkələrinin iqtisadiyyatının bu il 3,2 faiz, gələn il isə 4,6 faiz artacağı gözlənilir. Dünya Bankı daha əvvəl Çin də daxil olmaqla Şərqi Asiya və Sakit okean hövzəsinin iqtisadiyyatlarının bu il 5 faiz artacağını təxmin etmişdi. Daha əvvəl bölgədə canlanmaya səbəb olan Çin iqtisadiyyatının böyümə proqnozlarına aşağı istiqamətli revizion edilən hesabatda Çin iqtisadiyyatının bu il üçün artım gözləntiləri 4,3 faizdən 2,8 faizə yüksəlib və artım proqnozu 2023-cü il üçün 5,2 faizdən 4 faizə endirilib. Hesabatda Çin iqtisadiyyatının 1990-cı ildən bəri ilk dəfə olaraq bu il Şərqi Asiyanın digər inkişaf etməkdə olan iqtisadiyyatlarına nisbətən daha yavaş böyüməsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə