Baş nazir Baltik dənizində baş verən qaz sızmasına aydınlıq gətirib
Danimarkanın baş naziri Mette Frederiksen Baltik dənizində "Şimal axını" qaz sızması ilə bağlı açıqlama verib. SİA xəbər verir ki, Frederiksen mətbuat konfransında bildirib ki, səlahiyyətlilər bunun məqsədli bir hərəkət olduğunu və qaz sızmasının təsadüfi olmadığına inandıqlarını bildiriblər.
Hadisəni ciddi qəbul etdiklərini vurğulayan Frederiksen, Danimarkaya qarşı heç bir hərbi təhlükənin olmadığını bildirib. Energetika naziri Dan Yorgensen də qaz sızmasının qəzalarla bağlı olmadığını, partlayışlar nəticəsində baş verdiyini bildirib. İsveçin baş naziri Manqdalena Andersson bölgədəki ilk partlayışın üç ayrı sızıntıya səbəb olduğunu bildirib. "Yəqin ki, bu, qəsdən təxribat olub. Hökumət vəziyyəti çox ciddi qəbul edir və tərəfdaşlarımızla məlumat toplamağa davam edirik" - deyə, Andersson bildirib.
İsveç Dəniz Administrasiyası Rusiyanın “Şimal axını 1” və 2-ci boru kəmərlərində üç sızma olduğunu bildirərək, gəmilərin bölgəyə yanaşmaması barədə xəbərdarlıq edib. “Şimal axını 2” layihəsinin icraçı şirkəti olan “Şimal axını 2” dünən Danimarkanın Bornholm adasının cənub-şərqində qaz kəmərində sızma aşkarlandığını təsdiqləyib. Kremlin sözçüsü Dmitriy Peskov da bildirib ki, boru kəmərlərinə dəyən ziyan təxribat nəticəsində baş vermiş ola bilər: "Heç bir ehtimalı istisna edə bilmərik. Bu, təcili təhqiqat tələb edən görünməmiş bir vəziyyətdir. Baş verənlərdən son dərəcə narahatıq"- sözlərini işlədib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB