Səudiyyə Ərəbistanı kralı Salman Bin Əbdüləzizin imzaladığı qərarla vəliəhd şahzadə Məhəmməd bin Salman baş nazir təyin edilib. SİA xəbər verir ki, Səudiyyə Ərəbistanında Nazirlər Kabinetində dəyişiklik olub. Kral Salman bin Əbdüləziz əl-Səud ölkənin faktiki lideri olan oğlu, vəliəhd şahzadə Məhəmməd bin Salmanı baş nazir, digər oğlu Xalid bin Salmanı isə müdafiə nazirinin müavini təyin edib. Energetika naziri şahzadə Əbdüləziz bin Salman, xarici işlər naziri şahzadə Feysəl bin Fərhan, sərmayələr naziri Xalid bin Əbdüləziz əl-Falih, daxili işlər naziri şahzadə Əbdüləziz bin Səud bin Nayif bin Əbdüləziz və maliyyə naziri Məhəmməd bin Abdulla əl-Cədaan vəzifələrini davam etdirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB