“İan” qasırğası 850 min insanı işıqsız qoydu

“İan” qasırğası 850 min insanı işıqsız qoydu

Karib hövzəsində təsirli olan 3-cü kateqoriya səviyyəsində olan “İan” qasırğası Kubanın Pinar del Rio əyalətinə çatıb. SİA xəbər verir ki, qasırğa səbəbindən 850 min insan işıqsız qalarkən, 50 min insan təxliyə edilib.

Bölgədə sürəti saatda 205 kilometrə çatan güclü külək və şiddətli yağışla təsirli olan qasırğa maddi ziyan vurarkən, 50 min insan evlərindən təxliyə edilib. Kuba hökuməti paytaxt Havana və Pınar del Rio da daxil olmaqla 6 əyalətdə təşviş vəziyyətinə düşüb, ehtiyat tədbiri olaraq 850 min insanın elektrik enerjisini kəsib və 55 sığınacaq tikib. Bildirilib ki, "İan" qasırğası səbəbindən Pınar del Rioda bir çox evdə daşqınlar baş verib, damlar uçub, bəzi yıxılan ağaclar yolları bağlayıb. Qasırğa Havanada leysan yağışına səbəb olub.

Kuba rəsmiləri bildiriblər ki, qasırğa nəticəsində indiyədək heç bir itki yoxdur. ABŞ Milli Qasırğa Mərkəzi tərəfindən verilən açıqlamada şimala doğru irəliləməyə davam edən "İan" qasırğasının gücünü daha da artıraraq 4-cü kateqoriya səviyyəsinə çatacağı və ABŞ-ın əyalətini vuracağı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə