NATO-nun baş katibi Yens Stoltenberq Rusiya prezidenti Vladimir Putinə müraciət edib. SİA xəbər verir ki, Stoltenberq Avropa Parlamentində Sosialistlər və Demokratlar Qrupunun iclasında çıxış edib. NATO-nun Ukraynadakı müharibə ilə bağlı iki missiyası olduğunu bildirən Stoltenberq, birinin Ukraynaya dəstək, digərinin isə münaqişənin böyüməsinin qarşısını almaq olduğunu bildirib.
Stoltenberq xatırladıb ki, o, bu gün səhər üzv ölkələrin Milli Silah Direktorları ilə görüş keçirib və Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində müdafiə sənayesində istehsalın artırılması və müttəfiqlərin ehtiyatlarının doldurulması məsələlərini müzakirə edib. Daha çox istehsal edilərək Ukraynaya daha çox yardım edilməsi lazım olduğuna diqqət çəkən Stoltenberq, "Birinci mesaj, Ukraynanı dəstəkləməyə davam etməliyik. Digər mesaj isə müharibənin böyüməsinin qarşısını almalıyıq" dedi.
Rusiyanın son günlər "saxta referendumlar, nüvə saxtakarlığı, silahlı qüvvələrin səfərbərliyi" ilə münaqişəni daha da artırdığını vurğulayan Stoltenberq sözlərini belə davam etdirib: "Bizim mesajımız ondan ibarətdir ki, nüvə silahından istənilən istifadə qətiyyən qəbuledilməzdir. Bu, münaqişənin mahiyyətini tamamilə dəyişir. Rusiya bilməlidir ki, nüvə müharibəsində qalib gəlmək olmaz və heç vaxt döyüşmək olmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB