Seçki komissiyalarının məlumatına görə, Rusiyada seçki məntəqələrində referendumda səs verənlərin 98 faizdən çoxu DXR-in Rusiya Federasiyasına daxil olmasını dəstəkləyib.
SİA TASS-a istinadən xəbər verir ki, məlumatlara görə, Rusiya Federasiyası ərazisindəki seçki məntəqələrindən gələn protokolların 100 faiznin işlənməsinin nəticələrinə əsasən, 98,69 faiz DXR-in Rusiyaya qoşulmasına səs verib. Respublika sakinlərinin 97,93 faizi LPR-nin Rusiyaya daxil olmasına səs verib.
Həmçinin, Rusiya Federasiyasındakı seçki məntəqələrində bülletenlərin 100 faizi işləndikdən sonra bölgə sakinlərinin 96,75 faizi Xerson vilayətinin birləşməsinə səs verib. Zaporojye vilayətinin sakinləri arasında isə referendumda səs verənlərin 97,81 faizi Rusiya Federasiyasına qoşulmağın tərəfdarı olub.
Xatırladaq ki, cümə günü, sentyabrın 23-də Donetsk və Luqansk Xalq Respublikalarında, eləcə də Xerson vilayətində və Zaporojye vilayətinin azad edilmiş ərazilərində Rusiya Federasiyasının tərkibinə daxil olmaq üçün referendumlar başlayıb.
Səsvermə sentyabrın 27-si daxil olmaqla davam edib.
…Rusiya prezidenti Vladimir Putin əmin edib ki, Rusiya Donbass, Zaporojye və Xerson vilayətlərinin sakinlərinin qəbul edəcəyi qərarı dəstəkləyəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB