Müharibə... rus idmanının da “belini qırır”!

Müharibə... rus idmanının da “belini qırır”!

...Rusiya Olimpiya Komitəsinin baş katibi, “yaxası ordenli” Anastasiya Davıdova heç kəsin gözləmədiyi halda Rusiyanı tərk etməyə qərar verib,.. özü də birdəfəlik.

SİA bu barədə rus saytlarına istinad edir.

Sinxron üzgüçülər Anastasiya Davıdova və Anastasiya Ermakova dueti ulduzlar Mariya Kiseleva və Olqa Brusnikinanı əvəz edərək Afina və Pekində keçirilən Olimpiadada parlamışdılar. Davıdova, ümumiyyətlə yeni əsrin ilk onilliyində planetin ən yaxşı sinxron üzgüçü kimi tanınırdı.

Qeyd edək ki, bir müddət bundan əvvəl Anastasiya Ermakova heçr kimə bir söz demədən İtaliyaya gedib və indi orada işləyib yaşayır. İndi isə, Anastasiya Davıdova...

Hər halda, təşkilatın baş katibinin gedişi Rusiya Olimpiya Komitəsi üçün tamamilə gözlənilməz oldu.

...İnternetdə yayılan məlumatlara görə, Anastasiya Davydova özünün Olimpiya sinxron üzgüçülük mərkəzinin əməkdaşlarına ölkəni tərk etdiyini və geri qayıtmaq niyyətində olmadığı barədə mesaj göndərib.

O həmçinin idman təşkilatının idarə edilməsi ilə bağlı operativ məsələlərlə bağlı kiminlə əlaqə saxlamalı olduğunu göstərmişdir.

Bu arada Rusiya Olimpiya Komitəsi Davıdovadan istefa ərizəsi almadığını bəyan edib.

Maraqlıdır, bu adam qayıtmayacaqsa, istefa ərizəsi və ya hər hansı bir açıqlama verməsi...elə bir önım əsb edirmi?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə