Ukraynada ölənlərin əksəriyyəti qeyri-ruslardır?

Ölkənin mərkəzi rayonlarından olan ziyalılar və özəl biznes nümayəndələri Rusiyada səfərbərliyə daha çox düşürlər
Ukraynada ölənlərin əksəriyyəti qeyri-ruslardır?

...Bu arada Ukrayna saytlarının yazdığına görə,.. Rusiyanın Ukraynaya təcavüzü nəticəsində işğalçı ölkənin rəhbərliyi artıq onun kiçik xalqlarının nümayəndələrinin sayını xeyli azaldıb. SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Telegram-kanalında məlumat verilir.

Ukrayna saytlarının iddiasına görə, Rusiya tərəfindən öldürülənlərin 40 faizdən bir qədər də az hissəsi qeyri-slavyan etnik qrupların nümayəndələridirlər.

Belə ki, qurbanların sayının ən çox olduğu ilk beşliyə Dağıstan Respublikası və Buryatiya Respublikası, Krasnodar diyarı, Başqırdıstan və Volqoqrad vilayəti daxildir.

...Bundan əlavə, kəşfiyyat məlumatlarına görə, rəqəmlərdə qeyri-mütənasib nisbət var: yoxsul, yəni etnik icmaların yaşadığı bölgələrdən ölən əsgərlərin sayı inkişaf etmiş bölgələrdən xeyli çoxdur.

“...Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, işğalçı ölkənin prezidenti tərəfindən səfərbərlik haqqında fərman imzalandıqdan sonra regionlarda ölüm xəritəsi əhəmiyyətli dərəcədə dəyişəcək. Rusiyanın mərkəzi regionlarından və sənaye nəhənglərindən minlərlə ziyalı və özəl biznes qurumları çağırış vərəqələri alır”.

Bunu da Ukrayna tərəfi bildirir.

Qeyd edə ki, Ukraynanın “UNİAN” agentliyinin qənaətinə görə, “...Rusiya dövlətçiliyinin süqutundan xəbərdar ola biləcək vətəndaşları nəhayət məhv etməklə, guya Kreml diktatoru müharibəyə və yüz minlərlə rusun mənasız ölümünə qarşı etirazlardan yaxa qurtarmağa ümid edir”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə