Şoyqu səfərbər edilmiş təlimlərin gedişini yoxlayıb

Şoyqu səfərbər edilmiş təlimlərin gedişini yoxlayıb

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qərb Hərbi Dairəsinin hərbi poliqonlarında səfərbər olunanların təlimlərinin gedişini şəxsən yoxlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “RİA Novosti” yayıb.

Verilən xəbərlərə görə, Şoyqu gecə də daxil olmaqla, intensivliyi artırılan odlu silah, taktiki və tibbi təlimlər üzrə praktiki məşqləri yoxlayıb.

Bundan əlavə, Şoyqu komandanlığın diqqətini səfərbər olunanların yerləşdirilməsi, eləcə də isti yeməklə təmin olunması üçün şəraitə cəlb edib.

Təlim poliqonunda idarə rəisi müdafiə nazirinin müavini general-polkovnik Yunus-Bek Yevkurov və Rusiya Silahlı Qüvvələrinin Döyüş Hazırlığı Baş İdarəsinin rəisi general-polkovnik İvan Buvaltsevin məruzələrini dinləyib. Onlar müxtəlif hərbi ixtisaslar üzrə səfərbər edilmiş döyüş hazırlığı kursu, eləcə də bölmələrin tərkibində gələcək döyüş uzlaşması barədə məruzə ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə