Abşeron rayonunda Anım Günü ilə bağlı tədbir keçirilib

Sentyabr ayının 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsi və Abşeron rayonunda yerləşən N hərbi hissənin birgə təşkilatçılığı ilə Anım Günü ilə bağlı tədbir keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir: Komitədən bildiriblər ki, öncə hərbi hissədə yerləşən ulu öndər Heydər Əliyevin abidəsi, Şəhidlər xiyabanı ziyarət edilib. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun rəşadəti, xalq və dövlət birliyi, şəhidlərimizin şanlı döyüş yolundan söhbət açılıb. Qeyd olunub ki, şəhidlərimizin ölməz ruhları daim ehtiramla yad ediləcək. Qazilərimizin, müharibə iştirakçılarımızın fədakarlığının unudulmayacağı da diqqətə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə