Əli Kərimi etirazları qızışdırmaqda günahlandırılıb

Bu arada İran mediası və siyasətçiləri futbolçu Əli Kərimini sosial şəbəkələrdəki paylaşımlarına görə etirazları qızışdırmaqda ittiham ediblər.

İranın futbol üzrə milli komandasının keçmiş kapitanı Dubayda yaşayan Kərimi sosial şəbəkədəki paylaşımlarına görə tənqid atəşinə tutulub. O, yanlış hicab geyindiyinə görə vitse-polis tərəfindən saxlanılan və hadisə şahidlərinin sözlərinə görə, polis maşınında şiddətli döyülən 22 yaşlı qadın hüquqları müdafiəçisi Məhsa Əmininin qətlini pisləyib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, etirazçıları, xüsusilə də qadınları dəstəkləyən futbolçu ordunu “günahsız qanların tökülməsinin” qarşısını almağa çağırıb.

Kərimi “Twitter” hesabında “...Güclü qadınlardan qorxma. Bəlkə gün gələcək...onlar sənin yeganə ordun olacaqlar”-yazıb.

Əli Kərimi, həmçinin iranlıların etirazlar zamanı güclənən hökumət internet məhdudiyyətlərindən yan keçmək üçün istifadə edə biləcəyi təhlükəsiz VPN xidmətlərini tövsiyə edib.

Yeri gəlmişkən, hökumət əleyhinə nümayişlər zamanı azı 57 nəfərin həlak olduğu bildirilir. Beynəlxalq insan haqları təşkilatı “Amnesty İnternational” təsdiq edib ki, əsasən dinc nümayişləri dağıtmaq üçün İran təhlükəsizlik qüvvələri kütləyə atəş açıb. Təşkilat BMT-ni İran təhlükəsizlik qüvvələrinin əməkdaşlarının qanunsuz davranışları ilə bağlı araşdırma aparmağa çağırıb.

Amma maraqlıdır ki, İran hakimiyyəti isə öz növbəsində onlarla insanın öldürüldüyü, 1200 nəfərin saxlanıldığı vəhşi repressiya ittihamlarını rədd edir.

Xəbər verildiyi kimi, ölkədə səlahiyyətlilərin “xaricdən muzdlu” olduqlarını bildirən etirazçılarla məşğul olmaq üçün xüsusi məhkəmələr yaradılıb.

...Və yeri gəlmişkən, 1979-cu il İran inqilabından sonra qəbul edilən qaydalara görə, qadınlardan ictimai yerlərdə hicab və uzun boş xalat geyinmək tələb olunur. Qaydalar həm kişilərin, həm də qadınların daxil olduğu vitse-polis tərəfindən həyata keçirilir.

...Qeyd edək ki, bundan əvvəl İranın keçmiş prezidenti Həsən Ruhani vitse-polisni “həddindən artıq aqressiv” olmaqda ittiham etmişdi. Buna görə də,.. 2017-ci ildə polis rəisi qadınların geyim qaydalarını pozduqlarına görə daha həbs olunmayacağını bildirmişdi.

Amma 2021-ci ilin avqustundan, İbrahim Rəisinin prezidentliyə başlamasından bəri vəziyyət yenidən pisləşib. BMT-nin İnsan Haqları Bürosu bildirir ki, vitse-polis gənc qadınları təhqir edir, onları küçənin ortasında şillələyir, dəyənəklərlə döyür və polis maşınlarına sürükləyir ..

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə