Şimali Osetiya üzrə Daxili İşlər Nazirliyinin məlumatına görə, Rusiya-Gürcüstan sərhədindəki Yuxarı Lars keçid məntəqəsində tezliklə hərbi komissarlığın səfərbərlik məntəqəsi yerləşdiriləcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiyadan Gürcüstana doğru hərəkət edən avtomobillərin axını ciddi şəkildə artıb. Belə ki, sərhəddə vəziyyət son dərəcə gərgin olaraq qalmaqdadır.
Qeyri-qanuni davranış və münaqişəli vəziyyətlərin yaranması risklərini azaltmaq üçün vətəndaşların sərhədi piyada keçməsinə qərar verilib. Bunu da rus saytları etiraf edirlər.
Qeyd edək ki, bundan əvvəl Rusiya Federal Təhlükəsizlik Xidmətinin Şimali Osetiya-Alaniya Respublikası üzrə Sərhəd İdarəsi qeyd etmişdi ki, sərhədi keçmək üçün ... heç olmasa, skuter və ya velosiped lazımdır.
Bu da, keçid məntəqəsinin avtomobil keçid məntəqəsi olması ilə izah edilib.
Onu da eyd edək ki, bir müddət bundan əvvəl Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti əməkdaşları ilə zirehli transportyor Gürcüstanla sərhəddə yerləşən “Verxniy Lars” sərhəd-keçid məntəqəsinə doğru irəlilədiyi bildirilmişdi.
Maraqlıdır ki, Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları zirehli transportyorun sərhədə gətirmələrinin izahını...elə-belə, bizlərdə deyilən “bərayi-ehtiyah” kimi təqdim ediblər.
Yəni yalnız bu məqsədlə. Burada heç bir əlavə keçid məntəqəsi-filan yaradılmayacaq... Çünki keçid məntəqəsi normal işləyir.
Onu da qeyd edək ki, Yuxarı Lars sərhəd-keçid məntəqəsində Rusiya avtomobillərinin böyük növbələri Rusiya prezidenti Vladimir Putinin “qismən səfərbərlik” elanından sonra ilk saatlarda yaranmağa başlayıb.
Yeri gəlmişkən, hazırda eyni vaxtda 1,7 mindən 2,3 minədək avtomobil növbəyə dayandığı bildirilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB