Çin müsəlmanlara qarşı soyqırımda ittiham olunur

ABŞ və digər ölkələr Çinin müsəlmanlarla bağlı siyasətini BMT Şurasında müzakirə etməyi təklif edirlər

ABŞ və bir sıra Qərb ölkələri BMT-nin İnsan Haqları Şurasına Çinin Sincanda uyğurlara, qazaxlara və digər müsəlmanlara qarşı pis rəftar etdiyi iddiası ilə bağlı xüsusi müzakirələr keçirməyə dəvət edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, diplomatlar bildiriblər ki, ABŞ, Kanada, Böyük Britaniya, Danimarka, Finlandiya, İslandiya, Norveç və İsveçin tələbi təsdiqlənərsə, BMT-nin İnsan Hüquqları Şurasının gələn ilin əvvəlinə planlaşdırılan növbəti sessiyasında bu mövzunun müzakirəyə ehtiyacı olacaq.

“...Biz bu cür ciddi və sistematik insan hüquqları pozuntularına göz yuma bilmərik,- deyən Böyük Britaniyanın BMT-dəki səfiri Saymon Manley, “...bu Şura səssiz qalmamalıdır və qala da bilməz”-deyə əlavə edib.

Qeyd edək ki, Çində işgəncədən sağ çıxanların çoxsaylı ifadələrinin olduğunu bildirən ABŞ Pekini soyqırımda ittiham edib.

...Bir milyondan çox insanın “siyasi tərbiyə düşərgələrinə” göndərilib. Sincanda yerli xalqların hüquqlarının kütləvi şəkildə pozulması müxtəlif dəlillərlə təsdiqlənir.

Mişel Baçelet BMT-nin insan haqları üzrə komissarı vəzifəsindən getməzdən bir müddət əvvəl keçən ay hesabat yayaraq, Çin hakimiyyətinin Pekinin Sincanda deradikalizasiyaya yönəlmiş kampaniyası fonunda “insanlığa qarşı cinayətlər” və “işgəncələr” törətdiyini bildirib.

Onu da qeyd edək ki, Cenevrədə İnsan Haqları Şurasında olan 47 nümayəndə heyətinin nümayəndələri Çinin tənqidçilərinin Sincanı Şuranın iclasına gətirmək üçün kifayət qədər dəstək toplayıb və ya toplaya bilməyəcəyinə dair ehtiyatlı davranırlar. Mövzunun müzakirə gündəminə salınması ilə bağlı müsbət qərar uyğur məsələsinin Şuraya ilk dəfə rəsmi şəkildə çıxarılacağına işarə edəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə