...Axtardığım yar idi, yetirdi pərvərdigar! Deyirəm, bunlar üçün lap göydəndüşmə olub ey...
Beləliklə, futbol üzrə Rusiya yığmasının 5 əməkdaşı Bişkekdə Qırğızıstan millisi ilə yoldaşlıq oyunundan sonra vətənə qayıtmayıblar.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Mutko qarşı” Telegram kanalı məlumat yayıb.
Beləliklə, söhbət komandanın inzibati qərargahından gedir. İşçilərin özləri məzuniyyətə uçduqlarını iddia edirlər. Məsələ burasındadır ki, milli komandaların oyunlarından sonra çoxları əvvəllər evlərinə dərhal qayıtmırdılar. Yolda vaxt itirməmək üçün tətilə çıxırdılar.
İndi də hər kəsin tezliklə qayıtması gözlənilir. Eyni zamanda, bütün futbolçuların və məşqçilərin vaxtında geri qayıtdacağı ehtimal edilir.
Təbii ki, “malalamaq” lazımdır. Amma,.. deyilənlərə görə, su ayının boğazına çıxanda öz doğma balasını da ayağının altına alar. Hə, indi nə olsun ki, futboıçusan? Unutma ki, vətənin dar gününündə sən də orduya çağrıla bilərsən…
Qeyd edək ki, bütün bunlar öz yerində, amma Rusiya Futbol İttifaqı Bişkekdəki oyundan sonra bir neçə əməkdaşının Rusiyaya qayıtmaması ilə bağlı məlumatı şərh etməkdən imtina edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB