Fransa bu ilin sonuna qədər Polşada ukraynalı əsgərlər üçün beş həftəlik təlim kursu keçirməyə hazırlaşır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Monde” qəzeti Fransa Müdafiə Nazirliyindəki mənbəyə istinadən xəbər verir.
“Müdafiə Nazirliyi bu yay Avropa İttifaqı tərəfindən razılaşdırılmış Ukrayna əsgərlərinin təlimi missiyasına dəstək vermək qərarına gəlib və orada iştirakın əsas prinsiplərini işləyib hazırlayıb. Polşada yerləşəcək Fransa ordusu burada ixtisaslaşdırılmış hərbi düşərgələrdə beş həftəlik təlimlər keçirəcəklər. Baş Qərargah bu prosesi sürətləndirmək və 2022-ci ilin sonuna qədər işə başlamaq istəyini də ifadə edib”.
Qeyd edək ki, “RİA Novosti” bunu Fransa nəşrinə istinadən bildirib.
Xatırladaq ki, bundan əvvəl bir sıra Avropa ölkələri, o cümlədən Danimarka və İspaniya, Avropa İttifaqının ümumi proqramını gözləmədən, Ukrayna ordusu üçün öz təlim proqramlarına başlamaq niyyətlərini bildirmişdilər.
Bu arada, Kiyevdə səfərdə olan Fransanın xarici işlər naziri Ketrin Kolonna Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüşlərdə Ukraynaya yardım yükü olan gəmi göndərilməsi məsələsini müzakirə etməyi planlaşdırdığını bəyan edib.
Onu da qeyd edək ki, fransalı nazir Ukraynaya dəstəyi gücləndirmək planları barədə də məlumat verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB