Banqladeşdə ölənlərin sayı 61 nəfərə çatıb

Banqladeşdə ölənlərin sayı 61 nəfərə çatıb

Banqladeşin Pançaqarh bölgəsindəki Karatoya çayında qayıq batıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qayığın batması nəticəsində ölənlərin sayı 61 nəfərə çatıb. Səlahiyyətli şəxslər 61 nəfərin öldüyünü və onlardan 28-nin qadın, 18-nin uşaq olduğunu bildiriblər. Qayığın normal tutumundan 3 qat artıq daşıdığı məlum olub.

Qeyd edək ki, qayıqda 90-a yaxın şəxs olub və onlardan ən az 15 nəfərin sağ qaldığı ilə bağlı məlumat verilib. Digərlərinin aqibəti hələ də sual altındadır.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə