Qalapaqos adalarında turist gəmisi batıb

Qalapaqos adalarında turist gəmisi batıb

Ekvadorun Qalapaqos adalarında turistləri daşıyan qayığın batması nəticəsində 4 nəfərin öldüyü, 2 nəfərin itkin düşdüyü bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, dünən gecə Cənubi Amerika ölkəsi Ekvadorun Qalapaqos adaları yaxınlığında Isla İzabella və Santa Kruz adaları arasında üzən turist gəmisi batıb.

Qeyd edək ki, hadisə zamanı 31 turistin xilas edildiyi, yaralıların xəstəxanaya aparıldığı bildirilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə