Burkina-Fasoda terror aktında 10 nəfər həlak olub

Burkina-Fasoda təchizat kolonuna hücum nəticəsində azı 10 nəfər həlak olub. SİA xəbər verir ki, bu barədə France-Presse hərbi mənbələrə istinadla məlumat yayıb.

Məlumatda bildirilir ki, hərbi təchizat kolonu Qaskinde şəhəri yaxınlığında hücuma məruz qalıb. Hücum nəticəsində 10 nəfər ölüb, çox sayda yaralı var.

Bütün xəbərlər Facebook səhifəmizdə