Finlandiya Rusiya ilə sərhədi hasarlayır...

Finlandiya Sərhəd Mühafizəsi ölkə ərazisinə qanunsuz girişin qarşısını almaq üçün Rusiya ilə sərhədin bir hissəsinin hasarlamağa qərar verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Yle portalı” xəbər verir.

“...Finlandiya Sərhəd Mühafizəsinin hesabatı təklif edir ki, 1300 kilometrlik sərhədin 10-20 faizi hasarlansın. Bu, təqribən 130-260 kilometr deməkdir”, - məlumatda deyilir.

Fin portalın məlumatına görə, xidməti müddəti təqribən 50 il olacaq hasarın qiyməti bir neçə yüz milyon avro təşkil edəcək.

Qeyd edək ki, bundan əvvəl Finlandiyanın rusların ölkəyə girişini və onlara viza verilməsini məhdudlaşdıracağı barədə məlumat yayılmışdı. Müvafiq qərar prezident Sauli Niinistenin, hökumətin xarici işlər və təhlükəsizlik siyasəti üzrə nazirlər komitəsinin birgə iclasında qəbul edilib.

O da qeyd olunur ki, bu qərar ölkənin beynəlxalq nüfuzuna ciddi zərbə vursa da amma qəbul edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə