Polis şöbəsinə hücum edilib xəsarət alanlar var

Türkiyənin Mersin şəhərinin Mezitli rayonunda polis şöbəsinə silahlı hücum olub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hücum zamanı iki polis əməkdaşı yaralanıb. Məlumata görə, naməlum şəxslər avtomobillə polis şöbəsinə yaxınlaşaraq, asayiş keşikçilərinə odlu silahlardan atəş açıblar. Polis silahlılara cavab atəşi açıb. Bu zaman cinayətkarların olduğu avtomobildə yanğın baş verib.

Hadisə yerinə əlavə olaraq polis əməkdaşları, təcili yardım və yanğınsöndürənlər cəlb olunub. Hazırda silahlıların axtarışı davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə