Arvadını qonşusunun yatağında yumruqla döydü

ABŞ-da yaşayan 42 yaşlı Ceyson Hitkot adlı kişi gecə yarısı izlədiyi arvadını qonşusunun evinə girərkən yaxalayıb. SİA xəbər verir ki, daha sonra evə basqın edən Ceyson Hitkot arvadını qonşusunun çarpayısında görən kimi döyüb.

Arvadının gözü qarşısında özünü itirən Ceyson Hitkot arvadını dəfələrlə yumruqla vurub nokaut edib. Hadisədən sonra həftələrlə işə getməyən Ceyson Hitkot polis tərəfindən tutularaq məhkəməyə göndərilib. Ceyson gətirildiyi məhkəmədə xəyanətin təsiri altında özünü itirdiyini bildirərək ittihamları qəbul edib. Məhkəmə kollegiyası bir uşaq atasının 18 ay müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə