"Məhsa Eminin ölümü ilə bağlı etirazlara dəstək verənlər mühakimə olunacaq" - İranın ədliyyə rəhbəri

İranın ədliyyə rəhbəri Qulam Hüseyn Muhsini Ejei 22 yaşlı Məhsa Eminin saxlanıldıqdan sonra şübhəli şəkildə ölməsindən sonra başlayan etirazlara dəstək verənlərin mühakimə olunacağını açıqlayıb. SİA xəbər verir ki, Ejei təkcə küçələrə çıxanların deyil, onlara dəstək verənlərin də günahkar olduğunu, bu şəxslər haqqında qanuni prosesin aparılacağını bildirib. Ejeyi ölkədəki bəzi məşhur adların davam edən etirazlara dəstək vermələrinə reaksiya verərək, ölkəyə vurulan maddi və mənəvi ziyanı bu şəxslərin ödəyəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə