Fransada "təqib" iddiaları istefaya səbəb olub

Fransada "təqib" iddiaları istefaya səbəb olub. SİA xəbər verir ki, Julien Bayou açıqlamasında bildirib ki, o, Parlament Qrupunun həmsədri vəzifəsindən istefa verib, lakin parlamentdəki yerini tərk etməyəcək.

Bayou həmçinin Fransada Yaşıllar Partiyasının baş katibi vəzifəsindən istefa verəcəyini açıqlayıb. İttihamının birbaşa izah edilmədiyini bildirən Bayou, "Məni dinləməkdən imtina etdikləri üçün özümü müdafiə edə bilmərəm" dedi. Bayou, sosial mediadakı təzyiqlərlə "müdafiə olunmayan" vəziyyətdə olduğunu söyləyib. Fransa mətbuatında çıxan xəbərlərə görə,Bayou sentyabrın 20-də keçmiş sevgilisinə psixoloji zorakılıq göstərdiyi iddiasından sonra bu vəzifədən uzaqlaşdırılıb. Bayou hələ də Fransada Yaşıllar Partiyasının baş katibi olaraq qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə