Snouden ABŞ-a - məhkəməyə gəlməlidir...

ABŞ-ın keçmiş kəşfiyyatçısı Edvard Snouden ölkəyə qayıtmalı və məhkəmə qarşısına çıxmalıdır. Qeyd edək ki, bunu Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

SİA xəbər verir ki, onun sözlərini RİA Novosti sitat gətirir.

“Mövqeyimiz dəyişməyib: Cənab Snouden də hər bir ABŞ vətəndaşı kimi mühakimə olunmaq üçün ABŞ-a qayıtmalıdır”, o deyib.

Onun sözlərinə görə, Vaşinqton Snoudeni vətəndaşlıqdan imtina etdiyini açıq elan etsə də, ABŞ vətəndaşı hesab etməkdə davam edir. Eyni zamanda, Dövlət Departamentinin nümayəndəsi etiraf edib ki, indi o, Ukraynada xüsusi əməliyyatda iştirak etmək üçün səfərbər oluna bilər (...amma ruslar “yox” deyirlər-A.B.)

Qeyd edək ki, Snoudenin Rusiya vətəndaşlığını alması sentyabrın 26-da axşam saatlarında məlum olub. Rəsmi hüquqi informasiya portalında dərc olunan müvafiq fərmanı Rusiya prezidenti Vladimir Putin imzalayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə