Azərbaycan hərbçiləri işğal olunmuş əraziləri tərk etməli və ilkin mövqelərinə qayıtmalıdırlar.

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında deyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,bu barədə TASS yazır.

Məsələ bundadaır ki, Paşinyan Fransa prezidentinin “dəstəyi ilə” BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın Ermənistana təcavüzü mövzusunun gündəliyə daxil edilməsini istəyir.

Nikol bildirib ki, “Azərbaycan 2021-ci il mayın 12-də və 2022-ci il sentyabrın 13-də Ermənistan Respublikasının suveren ərazilərini işğal edib”.

Paşinyan onu da vurğulayıb ki, İrəvanın mövqeyi dəyişməz və birmənalı olaraq qalır - Azərbaycan ordusu bu ərazilərdən çıxarılmalıdır.

Paşinyanın sözlərinə görə, Ermənistanla Azərbaycan arasında dəqiq sərhədlərin olmaması barədə bəyanatlar spekulyativ xarakter daşıyır.

O xatırladıb ki, Bakı və İrəvan 1991-ci il dekabrın 8-də MDB-nin yaradılması haqqında sazişi ratifikasiya ediblər. Müvafiq olaraq, sənədin imzalanmasından sonra respublikaların inzibati sərhədləri dövlət sərhədlərinə çevrildi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə