Vaşinqton Kiyevə11,7 milyard dollar yardım edir?

...ABŞ qanunvericiləri ABŞ hökumətinin maliyyələşdirilməsini davam etdirmək üçün qanun layihəsinə ABŞ administrasiyasının tələb etdiyi Ukraynaya təxminən 12 milyard dollar əlavə yardımın daxil edilməsinə razılaşıblar. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə bazar ertəsi “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Beləliklə, agentliyin məlumatına görə, ABŞ hökumətinin bir sıra proqramlarının müvəqqəti maliyyələşdirilməsini də ehtiva edən qanun layihəsi yerli vaxtla cümə günü gecə yarısına kimi nəzərdən keçirilməlidir. Əks halda, bir sıra federal departamentlər oktyabrın 3-ü bazar ertəsindən etibarən işlərini dayandırmağa məcbur olacaqlar.

Qanun layihəsində Ukraynaya kömək etməklə yanaşı, əfqan qaçqınların məskunlaşdırılması proqramının maliyyələşdirilməsi də nəzərdə tutulub.

Xatırladaq ki, bundan əvvəl Ağ Evin mətbuat katibi Karine Jan-Pyer prezident Bayden administrasiyasının ABŞ Konqresini Ukraynaya əlavə yardımı təsdiqləməyə çağırdığını bildirmişdi.

Qeyd edək ki, Ağ Ev Konqresdən Kiyevə “təhlükəsizlik və iqtisadi yardım üçün” 11,7 milyard dollar istəyib.

Bəs, ruslar səfərbərlik edəndə bilmirdilər ki, yardımın davamı gələcək?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə