Avqust ayında Suriyada ilk halları aşkarlanan vəba epidemiyası yayılmaqda davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, indiyədək ölkənin müxtəlif bölgələrində vəba xəstəliyindən ümumilikdə 29 nəfər ölüb. BMT bunun Suriyada son illərdə ən pis epidemiya olduğunu bildirib.

Səhiyyə Nazirliyinin məlumatına görə, epidemiya başlayandan indiyədək 338 xəstəliyə yoluxma faktı aşkar edilib.

Hadisələrin 230-u Hələbdədir, 25 nəfər ölüb.

BMT bu ayın əvvəlində verdiyi açıqlamada epidemiyanın Fərat çayından içilən su ilə başladığını düşündüklərini bildirib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə