Dünya Bankı Pakistana yardım edəcək

Dünya Bankı daşqınlardan zərər çəkən Pakistana 2 milyard dollar yardım edəcəyini açıqlayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Dünya Bankının Cənubi Asiya Regionu üzrə vitse-prezidenti Martin Raiser Pakistanda verdiyi açıqlamada sel fəlakəti nəticəsində qeydə alınan can itkisinə görə son dərəcə üzgün olduqlarını bildirib.

Daşqınlardan ən çox zərər çəkənlərə təcili yardım göstərmək üçün federal və əyalət hökumətləri ilə birlikdə çalışdıqlarını ifadə edən Raiser Dünya Bankı olaraq Pakistana 2 milyard dollarlıq yardım planlaşdırdıqlarını söyləyib.

Qeyd edək ki, iyunun 14-dən bəri Pakistanda musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 1600-dən çox insan həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə