Qırğızıstan və Özbəkistan sərhəd dəyişikliyi protokolu imzalandı

Qırğızıstan və Özbəkistan arasında sərhəd dəyişikliyi ilə bağlı birgə protokol imzalandı.

SİA-nın əldə etdiyi məlumata görə, Qırğızıstan hökumətinin mətbuat mərkəzi tərəfindən edilən şərhdə iki ölkə arasındakı sərhəd qərarı paytaxt Bişkekdə verilib.

Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri və Nazirlər Kabinetinin vitse-prezidenti Kamçıbek Tasiyev və Özbəkistanın baş naziri Abdullo Aripov sərhədin müəyyənləşdirilməsi ilə bağlı birgə protokolu imzalayıblar.

Protokolda Qırğızıstan-Özbəkistan dövlət sərhədinin bəlli hissələri ilə bağlı yeni prosedurun başlanması qeyd edilib.

Xatırladaq ki, Qırğızıstan və Özbəkistan arasında 1379 kilometrlik hissəsi ilə əlaqədar 2021-ci ilin 23-25 ​​mart tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə aparılan sərhəd müzakirələrində problemin qarşılıqlı ərazi dəyişməsi yolu ilə həll olunması bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə