Türkiyənin terrorla mübarizəsi davam edir

Suriyanın şimalındakı "Sülh çeşməsi" əməliyyatı bölgəsinə hücuma hazırlaşdıqları müəyyən edilən bölücü terror təşkilatı PKK/YPG üzvü olan 2 terrorçu zərərsizləşdirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabından edilən paylaşımda "Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz Suriyanın şimalında terrorçulara qarşı mübarizəni effektiv və qətiyyətlə davam etdirir. "Sülh çeşməsi" əməliyyatı bölgəsinə hücuma hazırlaşan 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib" ifadələrindən istifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə