“Rossiyanı своих не бросает..?”

Rusiya prezidenti Vladimir Putinin bu gün dərc etdiyi fərmanə əsasən ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snoudenə Rusiya vətəndaşlığı verilib.

SİA TASS-a istinadən xəbər verir ki, Rusiya vətəndaşlığını qəbul edənlərin siyahısında “21 iyun 1983-cü ildə Amerika Birləşmiş Ştatlarında anadan olan Edvard Cozef Snoudenin də adı göstərilib”.

Nədən başlayaq?

Deməli, 2020-ci ilin avqustunda ABŞ-ın o zamankı prezidenti Donald Tramp Snouden işi ilə tanış olmağa və onu əfv etmək barədə düşünməyə söz vermişdi. Lakin sonda siyasətçi Snoudeni əfv etməyib. Maraqlıdır ki, o, öz növbəsində, narahat olmadığını da qeyd etmişdi. Hə, gərək ki, burada deyirlər ki, “rossiyanı своих не бросает”. Qeyd edək ki, Snouden milliyətcə rus olmasa da əla kompüter mütəxəssisidir, Mərkəzi Kəşfiyyat İdarəsi və Milli Təhlükəsizlik Agentliyinin keçmiş məxfi agenti olub. Amma “fayl oğurluğunu” görə ilişib. İlişib deyəndə ki...

Qısası, 2013-cü ilin iyununda Snouden “The Guardian” və “The Washington Post” qəzetlərinə internetdə Britaniya və Amerikanın müşahidə proqramları haqqında məxfi material verib. (...maraqlıdır, görən, müftə verib?-A.B.) Bundan sonra o, Rusiya Federasiyasına qaçıb. Həmin ilin avqustunda o, Rusiyadan müvəqqəti sığınacaq, bir il sonra - üç illik yaşayış icazəsi alsa da, sonra bu müddət də uzadılıb.

...Və budur, Snouden artıq Rusiya vətəndaşıdır. Təbriklər!

Yenə də krımlı senator Olqa Kovitidi demiş, indi heç bir “köpəyin oğlu” ona “gözün üstə qaşın var” deyə bilməz...çünki o ...Rusiya vətəndaşıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə