...Rusiya Prezident Aparatının “Kremlin aşpazı” kimi tanınan rusiyalı iş adamı Yevgeni Priqojin Rusiya təhlükəsizlik şirkəti “Wagner”i Donbasdakı toqquşmalar səbəbiylə 1 may 2014-cü ildə yaratdığını bildirib.

Qeyd edək ki, Priqojin özünün “Konkord” şirkəti vasitsilə verdiyi yazılı şərhdə “Wagner”in yaranma səbəbilə bağlı açıqlama verib

Onun dediyinə görə, 2014-cü ildə qarşıdurmalarla əlaqədar Ukraynanın şərqindəki Donbas vilayətinə gedib. Orada köhnə silahları təmizləyib, güllə keçirməyən yeləklərlə işlədib və bu mövzuda kömək edə biləcək mütəxəssislərlə tanış olub.

İndi özünün dediyinə görə, guya bu qrup Luqansk və Donetskin taleyini dəyişib.

...Əslində isə, “Wagner” qrupu Yevgeni Priqojin tərəfindən kli iddia edilsə də, ona kənardan da köməklik olmuşdu. Hazırda bu qrup mediada tez-tez Rusiyanın özəl hərbi şirkəti kimi xatırlanan qeyri-rəsmi silahlı birləşmədir. 2014-cü ildən qrup Ukraynada, sonra isə Suriyada fəaliyyət göstərir.

Qeyd edək ki, bu qrup 2017-ci ilin iyun ayında ABŞ-ın sanksiya siyahısına daxil edilib.

2022-ci ildə Rusiyanın Ukraynanı işğala başladıqdan sonra Yaponiya da qruplaşmaya qarşı sanksiyalar tətbiq edib.

Qeyd edək ki, “Wagner” qrupunun ilk əməliyyatı 2014-cü ildə Krımda Ukrayna bölmələrinin ələ keçirilməsi hesab edilir. Bundan əlavə, qruplaşmanın Donbassda anti-Ukrayna hərbi birləşmələrinin təşkilində əhəmiyyətli yardım göstərdiyi güman edilir. Aleksandr Bednovun (luqansklı hərbçi) ölümünün də “Wagner” qrupunun fəaliyyəti ilə bağlı olduğu iddia edilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə