İraqda hökümət qurmaq üçün yeni ittifaq yaradılıb

İraqda hökumət qurmaq üçün sünni, kürd və xristianlardan ibarət yeni ittifaq yaradılıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Şiə Koordinasiya Çərçivəsinə daxil olan Milli Hikmət Axınının (Şiə) mətbuat sözçüsü Fadi əl-Şəmmari sosial media hesabından verdiyi açıqlamada Koordinasiya Çərçivəsilə sünniləri təmsil edən Suverenlik koalisiyası və Əzm koalisiyası, Kürdüstan Demokratik Partiyası (KDP) və Kürdüstan Vətənpərvərlər Birliyi, (KYB) Xristianları təmsil edən Babiliyyun koalisiyasının da daxil olduğu “Dövləti İdarəetmə İttifaqı"nın qurulduğunu açıqlayıb.

F.Şammari bu ittifaqdakı komponentlərin birgə siyasi saziş imzaladığını da bildirib.

Məlumdur ki, bu alyansın baş nazirliyə namizədi Koordinasiya Çərçivəsinin üzvü, keçmiş əmək naziri Məhəmməd Şia əs-Sudanidir.

İrana məsafəli yanaşan Şiə siyasi və dini lider Müqtəda əs-Sədr və türkmənlər ittifaqda iştirak etməyiblər.

Təxminən 2 aya yaxındır toplana bilməyən parlamentin bu həftə toplanaraq prezidenti seçəcəyi gözlənilir.

Yeni prezident həmçinin baş nazir namizədinə hökuməti formalaşdırmaq tapşırığını verəcək.

İraqda oktyabrın 10-da keçirilən ümumi seçkilərdən 11 aydan çox vaxt keçməsinə baxmayaraq, hökumət hələ də formalaşmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə