Artıq Zaporojye də, Xerson da “Rusiya əraziləridir”.

Artıq Zaporojye də, Xerson da “Rusiya əraziləridir”.

Bu arada Rusiyayönlü hakimiyyət tərəfindən yaradılan Xerson vilayəti Seçki Komissiyasının sədri Marina Zaxarova sentyabrın 26-da keçirilən referendumda seçicilərin fəallığının 50 faizi keçdiyini bildirib. Zaporojye vilayətinin Rusiyanın nəzarətində olan hissəsində yaradılmış “Biz Rusiyanın yanındayıq” hərəkatının sədri Vladimir Roqov da bölgədəki referendumun etibarlı sayıla biləcəyini açıqlayıb.

SİA bu barədə rus saytlarına istinad edir.

Zaxarovanın sözlərinə görə, ötən gün Rusiya Federasiyası ərazisində yaşayan 8603 seçici seçki məntəqələrində səs verib. Ümumilikdə, Xerson vilayətindən kənarda 25 mindən çox insan da səs verib.

“...Və biz əminliklə deyə bilərik ki, referendum baş tutub, çünki xarici seçki məntəqələri nəzərə alınmaqla seçicilərin 50 fazizdən çoxu seçkilərdə iştirak edib”.

Bunu “yerli” Zaxarova “İnterfaks”a bildirir.

Roqov isə, Zaporojye vilayətinin bu referendumu “çoxdan gözlədiyini” bildirib. O, “Komsomolskaya Pravda” radiostansiyasının efirindən “şad bir xəbər də” səsləndirib ki, “...ümummilli iradənin ifadəsi, əslində, artıq baş verib, çünki biz seçicilərin 50 faizdən çox iştirak etdiyini gördük”.

Qeyd edək ki, dünəndən həm Donetsk, həm də Luqansk Xalq Respublikaları artıq... “Rusiya əraziləridir”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə