Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidməti İjevsk məktəbində baş verən atışmada ölənlərin sayının 15 nəfərə çatdığını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəti TASS yayıb.
Hazırda İstintaq Komitəsinin müstəntiqləri cinayət nəticəsində 39 nəfərin xəsarət aldığını müəyyən ediblər.
Onlardan 11-i uşaq, 4-ü isə böyüklərdir. Hazırda xəsarət alanların 15-i dünyasını dəyişib.
Ümumilikdə, hərçənd bu da son deyil,.. 22 uşaq və iki böyük olmaqla 24 qurban xəsarət alıb.
Bunu nazirlikdən bildiriblər.
Xatırladaq ki, sentyabrın 26-da səhər saatlarında İjevskdəki 88 saylı məktəbdə atışma baş verib.
Məlumata görə, məktəbin keçmiş məzunu, 34 yaşlı Artem Kazantsev binaya girərək içəridəki insanlara tapançadan atəş açıb və bundan sonra özü də intihar edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB