Bu arada Udmurtiyanın qubernatoru Aleksandr Breçalov atışma baş verən İjevskdəki 88 saylı məktəbdə həlak olanlar üçün matəm elan edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə öz Telegram kanalında məlumat verib.
“...Bu gündən sentyabrın 29-dək Udmurt Respublikasında 88 nömrəli məktəbdə həlak olanlar üçün matəm elan edilib”. Breçalov bəyan edib.
Onun sözlərinə görə, 8-800-100-24-47 və 8-800-100-09-06 telefonlarla məktəbdə öldürənlərin yaxınlarına zəng etməklə onlara psixoloji dəstək göstəriləcək.
Qeyd edək ki, bundan əvvəl qubernator İjevskdəki 88 saylı məktəbdə mühafizəçinin öldürüldüyünü və uşaqlar arasında da itkilərin olduğunu təsdiqləyib. Onun sözlərinə görə, hazırda məktəbin bütün ətrafı mühasirəyə alınıb.
Milli Qvardiya və istintaq orqanlarının nümayəndələri hadisə yerində işləyirlər.
Onu da qeyd edək ki, bundan bir müddət əvvəl hadisə yerində olduğunu deyən qubernator təhsil müəssisəsindəki vəziyyətlə bağlı operativ məlumat verməyi planlaşdırdığını da bildirib.
Xatırladaq ki, bu gün, bazar ertəsi qara geyimli şəxs məktəbə soxularaq şagird və böyüklərə atəş açıb.
İlkin məlumatlara görə, cinayətin qurbanı olan 13 nəfər, o cümlədən 6-sı böyük, 7-si azyaşlı olub.
14-ü uşaq və 7 nəfəri böyük olmaqla 21 nəfər xəsarət alıb. Hücum edənin sonradan intihar etdiyi bildirilr.
Hazırda onun üzərində nasist simvolları olan qara köynək və balaclava (…adətən qara rəngli olan və ancaq gözləri görünən baş örtüyü-A.B.) geyindiyi müəyyən edilib. Onun üzərində şəxsiyyətini müəyyən edən heç bir sənəd olmayıb.
…Və nəhayət Rusiya İstintaq Komitəsinin müstəntiqləri İjevskdə 88 saylı məktəbə hücum edən şəxsin kimliyini müəyyən edib. Bu, 1988-ci il təvəllüdlü, şəhər sakini, bu məktəbin məzunu Artem Kazantsevdir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB