Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə atışma olub. Məktəbdə baş vermiş atışma nəticəsində mühafizəçilərdən biri daxil olmaqla 7 nəfər yaralanıb.
SİA-nın rus mətbuatına istinadən məlumatına görə, hücum edən şəxs məktəbin ikinci mərtəbəsində polisə atəş açıb.
O, heç bir tələb irəli sürməyib. Təhsil müəssisəsinin ərazisi mühasirəyə alınıb.
Udmurtiyanın rəhbəri Aleksandr Breçalov hadisə yerinə gəlib.
Polis silahlı şəxsin intihar etdini bildirib..
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB