Rusiyada hərbi komissar güllələnib

Rusiyada hərbi komissar güllələnib

Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk şəhərində hərbi komissarlığa atəş açılması nəticəsində hərbi komissar yaralanıb.

SİA xəbər verir ki, məlumatı xarici KİV yayıb. Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Ruslan Zinin adlı şəxs saxlanılıb.

Onun hərbi komissara 6 dəfə atəş açdığı məlum olub.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də qismən səfərbərlik elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə