Pulsuz konsert izdihama səbəb oldu - VİDEO

Pulsuz konsert izdihama səbəb oldu - VİDEO

Meksikanın paytaxtı Mexiko şəhərinin Zokalo meydanında pulsuz təşkil edilən "Grupo Firme" konsertindən əvvəl bəzi tamaşaçılar əraziyə erkən daxil olub və konserti ön tərəfdən izləmək üçün təhlükəsizlik maneələrini aşıblar. SİA xəbər verir ki, yüzlərlə insanın təhlükəsizlik baryerlərini keçərək səhnəyə doğru qaçdığı izdihamda bir nəfər yaralanıb.

Hadisə şahidləri bildiriblər ki, bəzi tamaşaçılar konsertə 2 gün qalmış Zokalo meydanında düşərgə qurublar və konsert sahəsinə birinci sırada girib səhnənin qarşısında yer alıblar. Meksikalıların böyük marağına səbəb olan konsertə 120 min tamaşaçının gələcəyi gözlənilir.

https://haberglobal.com.tr/gundem/ucretsiz-konser-izdihama-neden-oldu-1-yarali-203074

Bütün xəbərlər Facebook səhifəmizdə