Avropa İttifaqı diplomatiyasının rəhbəri Josep Borrell, İran hakimiyyətinin Məhsa Əmininin ölümünə etiraz edən nümayişçilərə qarşı geniş və qeyri-mütənasib güc tətbiq etməsini Avropa İttifaqı və onun üzvü olan ölkələr üçün haqsız və qəbuledilməz olduğunu bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “İnterfaks” xəbər verir.
“Son bir həftə ərzində, Məhsa Əmininin vitse-polis tərəfindən zorakılığa məruz qalmasından və onun həbsdə ölməsindən sonra bütün İranda qadınlar və kişilər toplaşmaq və etiraz etmək üçün fundamental hüquqlarından istifadə ediblər.
Getdikcə artan hesabatlar göstərir ki, təkrar təmkin çağırışlarına baxmayaraq, İran təhlükəsizlik qüvvələri və polisinin nümayişlərə reaksiyası qeyri-mütənasib olub və ölüm və çoxlu yaralanmalarla nəticələnib”
Qeyd edək ki, bunu Borrell bildirib.
Avropa İttifaqı diplomatiyasının rəhbəri onu da vurğulayıb ki,.. narahatlığa daha bir səbəb İranın müvafiq orqanlarının internetə çıxışı ciddi şəkildə məhdudlaşdırmaq və ani mesajlaşma platformalarını bloklamaq qərarıdır, çünki bu, ifadə azadlığını kobud şəkildə pozur.
...Borrell təmsil etdiyi təşkilatın İranda ölənlərin və həbslərin sayını dəqiqləşdirəcəyinə, zorakılıq tətbiq etməyən bütün etirazçıları azad ediləcəyinə və bütün məhbuslar üçün lazımi prosesi təmin ediləcəyinə söz verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB