Britaniyanın məşhur rok qrupu "Pink Floyd"un Polşadakı konserti qrupun solisti Rocer Uotersin Ukrayna-Rusiya müharibəsi ilə bağlı açıqlamalarına görə ləğv edildiyi öyrənilib. SİA xəbər verir ki, Solistin Rusiya və Ukrayna arasında gedən müharibəyə münasibətinə görə "Pink Floyd"un Polşadakı konserti ləğv edilib.
Xəbərdə Uotersin Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Olena Zelenskaya yazdığı məktubun konsertin ləğvinə səbəb olduğu qeyd edilib. Uoters məktubda qeyd edib ki, “Ukraynadakı ultra-millətçilər Ukraynanı dağıdıcı müharibəyə sürükləyiblər”.
Məktubda Uotersin Zelenskini seçki kampaniyası zamanı Donbas bölgəsinə sülh gətirmək vədinə əməl etməməkdə günahlandırdığı və Rusiyanın müharibəyə görə məsuliyyətini qeyd etmədiyi bildirilib. Olena Zelenskaya “Roger Waters, başqa ölkənin prezidentindən sülh istəməliydin” məktubuna cavab olaraq Rusiyanın Ukraynanı işğal etdiyinə, dinc sakinləri öldürdüyünə və şəhərləri işğal etdiyinə diqqət çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB