Kanar adalarında 141 uçuş ləğv edildi

Afrikanın qərbində İspaniyanın Kanar adalarında təsirli olan "Hermine" fırtınası güclü külək və yağıntılara səbəb olub. SİA xəbər verir ki,İspaniya Hava Limanları və Hava Nəqliyyatı Təşkilatı verdiyi açıqlamada, "Hermine" fırtınasının güclü olduğu Kanar adalarında 141 uçuşun ləğv edildiyini bildirib. Kanar adaları boyunca məktəblər də bağlanıb.

Kanar Adaları Fövqəladə Vəziyyət və Təhlükəsizlik Koordinasiya Mərkəzindən verilən açıqlama, La Palma və Tenerife adalarının bir çox şəhərində daşqınlar olduğu, Qran Kanariya, Tenerife və Tenerifedə torpaq sürüşməsi və qırılan ağaclar nəticəsində bir çox yolların nəqliyyata bağlandığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə