Gürcüstan sərhədi ruslara bağlayır?..

Gürcüstan sərhədi ruslara bağlayır?..

Gürcüstan parlamentinin üzvü Nona Mamulaşvili sentyabrın 26-dan etibarən rusiyalı kişilərin ölkəyə girişinin qadağan oluna biləcəyini istisna etməyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə “Freedom” telekanalının efirində məlumat verib.

Deputatın dediyinə görə, bir neçə gündür ki, Gürcüstana gələn rusiyalıların axını böyükdür. O qeyd edib ki, Gürcüstan hökuməti bu vəziyyətlə bağlı hələlik heç bir tədbir görməyib. Eyni zamanda, o bildirib ki, hakimiyyət bazar ertəsindən etibarən ölkə sərhədlərini bağlamağa söz verir.

“Bazar ertəsindən Gürcüstan 18 yaşdan 55 yaşa qədər kişilər üçün sərhədləri bağlanır”-deyən Mamulaşvili bu qərarın hələ rəsmi olaraq verilmədiyini də gizlətməyib.

Geyd edək ki, Rusiyada səfərbərlikdən xoflanan rusiyalı çağırışçılr hara gəldi qaçmaqdadırlar. Qeyd edək ki, SİA bir müddət əvvəl Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Rusiya ilə sərhədddə üc rus çağırışçısını tutduqları barədə xəbər vermişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə