Artıq Donetsk də, Luqansk da Rusiya “ərazisidir”?..

İndi senator Olqa Kovitidi demiş, bir ukraynalını “duxu” varsa, Donetsk və ya Luqanskda yaşayan rusa söz desin...

Donetsk Xalq Respublikasında keçirilən referendumda seçicilərin sayı 50 faizi keçib, onu etibarlı hesab etmək olar.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə regionun MSK-da keçirdiyi brifinqdə respublikanın İctimai Palatasının rəhbəri Aleksandr Kofman bildirib.

“Beynəlxalq standartlara görə, referendumda 50 faiz üstəgəl bir seçici səs verərsə, referendum etibarlı sayılır. Dünənki nəticələrə görə, bu mərhələyə nail olunub”.

Bunun Kofman bildirib.

O əlavə edib ki, əslində referendum keçərli sayıla bilər.

Öz növbəsində LPR Mərkəzi Seçki Komissiyasının rəhbəri Yelena Kravçenko da Luqansk Xalq Respublikasının Rusiya Federasiyasının tərkibinə daxil olması ilə bağlı referendumun etibarlı sayıldığını, çünki orada seçicilərin 50 faizdən çoxunun səs verdiyini bildirib.

“Luqansk Xalq Respublikasının bütün ərazisində yüksək fəallıq var. Səsvermənin üçüncü günündə referendum iştirakçılarının 50 faizdən çoxu iştirak edib. Beləliklə, referendum baş tutmuş sayılır”.

Bunu da Kravçenko bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə