Polis yataqxanasında partlayış olub

İndoneziyanın Mərkəzi Yava əyalətində polis yataqxanasında partlayış baş verib. TASS-ın CNN Indonesia portalına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində bir nəfər xəsarət alıb, o, hazırda xəstəxanadadır. SİA bu barədə rus saytlarına istinad edir.

Portal mənbələrə istinadən xəbər verir ki, bağlama partlayıb. Yerli polis sözçüsünə görə, paketin onlayn göndərildiyi ehtimal edilir.

Polis əməkdaşları partlayış yerindədir, hadisənin təfərrüatları dəqiqləşdirilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə