Nensiyə yenə hörmətsizlik edilib!

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi şənbə gecəsi Mərkəzi Parkda keçirilən Qlobal Vətəndaş Musiqi Festivalında sürpriz qonaq kimi çıxış edib.

SİA bu barədə rus saytlarına istinad edir.

Amma deyilənlərə görə, onu elə də “xoşgəldinlə” qarşılamayıblar. Yaşına uyğun olmayan ağ şalvar geyinmiş Pelosi səhnəyə çıxanda onu fitə basıblar.

Amma buna elə də əhəmiyyət verməyən spiker xanım iqlim dəyişikliyindən və karbon emissiyalarının azaldılmasından danışıb. Şahidlərin dediyinə görə, bu vaxt fit çalanlar daha da fəallaşıblar.

Rus saytlarının yazdığına görə,.. doğrudur, tədbirdə bəzi izləyicilər Pelosini alqışlasalar da, amma digərləri onun nitqini izdihamın arasından kəsib və səs-küy davam edib.

Hətta bir neçə nəfər qışqıraraq səhnəni təmizləyib konsertə başlamağın vacibliyini tələb edib.

Qeyd edək ki, hər il keçirilən “Global Citizen” musiqi festivalına on minlərlə insan gəlir. Tədbirdən əldə olunan gəlir isə ifrat yoxsulluqla mübarizəyə sərf olunur.

…Ermənilər də burda oturub Nensinin onlar üçün nə vaxt “fəaliyyətə keçəcəyini gözləyirlər”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə