Ramzanın 254 failik çağırış planına xələl gətirənlər...

Qarışıq üslubda döyüşən Şamil Qalımov həmkarı Marif Pirayevin sentyabrın 21-də ölkədə elan olunmuş qismən səfərbərlikdən sonra Rusiyanı tərk etdiyini, yəni aradan çıxdığını bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Qalımov səfərbərliklə bağlı hərbi komissarlığın çağırışını aldıqdan sonra Rusiyanı tərk edib.

Qeyd edək ki, Pirayev qarışıq döyüş növləri üzrə 31 döyüş keçirib, 26 qələbə, 5 məğlubiyyət və bir heç-heçə var. Döyüşçü müxtəlif təşkilatların, o cümlədən “Fight Nights”ın çempionluq kəmərlərini qazanıb

...Deyim ki, rus saytları burada Marif Pirayevə nümunə olaraq, onun idmançı həmkarı Vladimir Mineyevi göstəriblər.

Belə ki, Mineyev Pirayevdən fərqli olaraq, çağırışdan gizlənmək fikrində olmadığını və bu günlərin birində hərbi komissarlığa gedəcəyini, ancaq “Vətənin qərar verdiyi kimi” gedəcəyini bildirib.

Gərək ki, yadınızda olar, Çeçenistanın rəhbəri Ramzan Kadırov bir müddət bundan əvvəl səfərbərlikdən yayınanlara müraciət edərək onları qorxaq, satqın və ikinci dərəcəli insanlar adlandırmışdı. Onun sözlərinə görə, belə insanların heç bir bəhanəsi yoxdur, onlar dövlətdən onların hüquqlarına hörmət edilməsini tələb edirlər, lakin buna dəstək vermək fikrində deyillər.

...Yəni doğrudanmı,.. uzaqdan baxana döyüş belə asan gəlir?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə